Pepe İspaniya Kubokunun finalına proqnoz verdi

25.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid"in sabiq müdafiəçisi Pepe İspaniya Kubokunun finalına proqnoz verib.

Fanat.Az-ın "Mundo Departivo"ya istinadən məlumatına görə, o, aprelin 26-da baş tutacaq həlledici qarşılaşmada əzəli rəqibi "Barselona" ilə üz-üzə gələcək "Kral klubu"nun qalib gələcəyini vurğulayıb:

"Real Madrid"in qələbə qazanacağına ümid edirəm. Amma bunu etməyin asan olmayacağını düşünürəm. "Real"ın 2:0 hesablı qələbəsini proqnozlaşdırıram. Qolları isə Rüdiger və Valverde vuracaqlar".

Xatırladaq ki, 33 tura 76 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlinin zirvəsində mövqe tutub. İkinci yerdəki "Real" "blauqrana"dan 4 xal geri qalır.  

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью