Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Sabirabad filialı)

15.03.2025

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təsvir

Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;

Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;

Bank kartları, Təcili Pul köçürmələri, əməliyyatlar aparmaq;

Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;

Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;

Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;

Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;

Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.

Tələblər

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi

arzuolunandır;

Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və

İngilis dili biliyi arzuolunandır;

MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və

şifahi ünsiyyət qurmaq bacarığı;

Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Müraciət üçün daxil olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью