Pərakəndə ticarət dövriyyəsində 3,8 faizlik artım qeydə alınıb

14.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 549,2 manatlıq, o cümlədən 297,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 252,0 manatlıq qeyri-ərzaq malları alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью