Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir. ""Like" yüzbaşıları", "bəyənmə onbaşıları" və azalan rəylər...
Əli Kərimlinin qruplaşması ilə bağlı sosial şəbəkələrdə yayılan fotofaktlar özünü lideri hesab etdiyi AXCP-nin baş hərflərinin sayı qədər tərəfdarının olduğunu bir daha təsdiqləyir.
Bir qayda olaraq, Əli Kərimlinin istər həbsindən əvvəl, istərsə də az müddət sonra “Facebook” səhifəsində paylaşımlar edilir, altında bəyənmə “yarışması”na başlanılırdı.
Beləcə, şişirtmə rəqəmlərlə çoxsaylı sosial baza və yüksək reytin görüntüsü yaradılırdı.
Bu prinsip, yəni saxta rəy yaratmaq Əli Kərimlinin fəaliyyətinin başlıca prinsipini təşkil edib.
Sosial baza problemi yaşayan, lakin ictimaiyyəti manipulyasiya etməyə çalışan AXCP sədri bu yalançı statistika ilə özünü gündəmdə saxlamağa çalışırdı.
Əslində, onun bu cür feyk reytinq toplama üsulundan istifadə etdiyi hər kəsə aydın idi.
Jurnalistlər bu barədə yazıb saxta rəqəmləri ifşa edəndə başqa vaxt söz və mətbuat azadlığından dəm vuran Əli Kərimli mediaya hücuma keçir, hay-küy salır, özünə qarşı böhtan kampaniyası aparıldığını iddia edirdi.