Peres Ançelotti ilə görüşəcək

18.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Real"ın prezidenti Florentino Peres və icraçı direktoru Xose Anhel Sançes baş məşqçi Karlo Ançelotti ilə görüşəcəklər.

QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Hazırda ispan nəhənginin rəhbərliyi italiyalı mütəxəssisin gələcəyi ilə bağlı tam qərar verməyib. Lakin onlar görüşdə bu məsələ ətrafında danışmağı da planlaşdırırlar. 

Madrid təmsilçisinin rəhbərliyi klubda dəyişikliklərin qaçılmaz olduğuna inanır. Bu, təkcə Ançelottiyə deyil, bəzi futbolçulara da aiddir.  Klub komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra ciddi tədbirlər görmək niyyətindədir.

Qeyd edək ki, "Real" ÇL-in 1/4 finalının ilk görüşündə "Arsenal"a 0:3 hesabı ilə uduzub. "Kral klubu" ötən gecə cavab oyununda 1:2 hesabı ilə məğlub olub. Komanda La Liqada isə 66 xalla 2-cidir və lider "Barselona"dan 4 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью