Peres La Liqaya ingiltərəli hakimləri gətirmək istəyir | Icma.az
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real"ın prezidenti Florentino Peres La Liqanın oyunlarını ingiltərəli hakimlərin idarə etməsini istəyir.
QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Peres artıq qurumun rəhbərlərinə öz istəyini çatdırıb.
Bildirilir ki, o, bu addımı ataraq ölkə futbolunda hakimlik səviyyəsini artırmaq istəyir.
Qeyd edək ki, daha öncə "Real" öz saytında komandaya qarşı olan hakimlik səhvləri ilə bağlı videolar paylaşmağa başlayıb.
Bundan əlavə "Barselona"nın prezidenti Joan Laporta da La Liqa hakimlərinin səviyyəsini son oyunlarda aşağı qiymətləndirmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu