Peres Mourinyonu “Real”ın baş məşqçisi təyin edəcəyini açıqlayıb VİDEO

04.06.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”in prezidenti Florentino Peres növbəti seçkilərdə qalib gələcəyi təqdirdə Joze Mourinyonu baş məşqçi təyin edəcəyini açıqlayıb.

İdman.Biz bildirir ki, 79 yaşlı yetkilinin seçki qərargahı portuqaliyalı məşqçinin “Real Madrid” forması geyinərək “Bəli!” deməsinin videosunu yayımlayıb.

Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”i çalışdırıb. Hazırda o, “Benfika”nı idarə edir.

“Real Madrid”in prezident seçkiləri 7 iyunda keçiriləcək. Peres iş adamı Enrike Rikelme ilə mübarizə aparacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью