Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Real”ın prezidenti Florentino Peres vəzifəsindən ayrılmağa qərar verib.
Futbolpress.az xəbər verir ki, bu barədə ispan jurnalist Pepe Alvares məlumat yayıb. O, 78 yaşlı funksionerin gələn il postunu tərk edəcəyini bildirib.
2009-cu ildən “kral klubu”na rəhbərlik edən Peresin müqaviləsi 2028-ci ilə qədərdir. O, daha tez, 2026-cı ildə işini tərk etməyə qərar verib.
“Real” onun dönəmində 7 dəfə Çempionlar Liqasını, 7 dəfə La Liqa və İspaniya Superkubokunu qazanıb.