Pereslə Barselona ÜZ ÜZƏ: məhkəmə başlayır

29.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real Madrid"in prezidenti Florentino Peres "Barselona" ilə bağlı böhtan işi üzrə Madrid məhkəməsində ifadə verəcək.

Modern.az xəbər verir ki, Peres daha əvvəl "Barselona"nı hakimlərə rüşvət verməkdə ittiham edərək, Kataloniya klubunun çoxsaylı titulları "Los Blankos"un əlindən aldığını iddia edib.

Şərəf və ləyaqətin alçaldılması ilə bağlı məhkəmə iclası noyabrın 25-nə təyin edilib. "Barselona" Peresdən bəyanatlarını geri götürməyi və təkzib verməyi tələb edir. Əgər bu baş verməsə, Kataloniya klubu hüquqi prosesi davam etdirmək niyyətindədir.

"Barselona" 21 xalla İspaniya çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb. "Real Madrid" (15 xal) isə dördüncü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью