Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu

10.12.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Flamenqo" ilə Libertadores kubokunu qazanan Leo Pereyra Avropa klublarının radarındadır.

Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi ilə maraqlananlar arasında "Fənərbaxça" və "Qalatasaray" da var.

Bu mövsüm "Flamenqo"nun heyətində 60 matçın 59-da meydana çıxan və karyerasının ən yaxşı mövsümlərindən birini keçirən braziliyalı müdafiəçinin klubdakı gələcəyi hələ də sual altındadır. 

“Fənərbaxça” və “Qalatasaray” 29 yaşlı mərkəz müdafiəçisinin vəziyyətini izləyir. Pereyra ilə Səudiyyə Ərəbistanının "Əl Qadsiah" və Yunanıstan Liqası təmsilçisi "Olimpiakos" da maraqlanır.

29 yaşlı Leo Pereyranın Avropa klubları üçün sərbəst qalma məbləğinin 60 milyon avro olduğu bildirilib. 

Hazırda bazar dəyəri 9 milyon avro olan Pereyranın "Flamenqo" ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.

“İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı" Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ “Beşiktaş” azarkeşləri “Trabzonspor”la matça buraxılmayacaq Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью