futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Vulverhempton” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Rob Edvardsa tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 3.5 illik müqavilə imzalanıb.
Rob bu postda bir neçə gün əvvəl istefaya göndərilən Vitor Pereyranı əvəzləyib.
“Vulverhempton” 11 turdan sonra 2 xalla Premyer Liqada sonuncu – 20-ci sıradadır.