Perez Ançelotti barədə qərar verdi

10.04.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin klubdakı karyerası ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi komandanın uğursuz oyunundan narazıdır və Ançelottini göndərmək istəyir. “Relevo”da dərc edilən xəbərə görə, Ançelotti özü “Real”da qalmaq istəyir. İddialara görə, Ançelotti İspaniya çempionatında gümüş medal qazanaraq, rəhbərliyə bunu uğur kimi təqdim etmək istəyir. Ançelotti bununla rəhbərliyin fikrini dəyişdirmək istəyir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real Madrid” səfərdə “Arsenal” 0-3 hesabı ilə məğlub olub. İspaniya çempionatında isə “Real” lider “Barselona”dan 4 xal geri qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью