Perez NBA Avropa planını işə salır: “Real” Avroliqadan çıxa bilər

23.01.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid” basketbol klubunun prezidenti Florentino Perez Avroliqadan ayrılmağı nəzərdən keçirir və klubu NBA Avropa layihəsinə qoşmaq istəyir. Plan reallaşarsa, “Real” yeni liqanın 12 təsisçi klubundan biri olacaq.

İdman.Biz xəbər verir ki, “Real Madrid” rəhbərliyi Avropa basketbolunun mövcud modelindən narazıdır və Avroliqa əvəzinə ABŞ NBA strukturu ilə birgə qurulacaq NBA Avropa layihəsini daha perspektivli hesab edir.

Mənbənin məlumatına görə, Peres bu addımı kommersiya gəlirləri, qlobal brend dəyəri və uzunmüddətli inkişaf baxımından əsaslandırır. Madrid klubunun mövqeyi Avroliqada idarəetmə və pay bölgüsü ilə bağlı illərdir davam edən mübahisələr fonunda formalaşıb.

Xatırladaq ki, iddia COPE tərəfindən yayılıb və mövzu Avropa basketbolunda ciddi rezonans doğurub. NBA Avropa layihəsinin konturları hələ tam açıqlanmasa da, təşəbbüsün reallaşması Avropa basketbol xəritəsini köklü şəkildə dəyişə bilər.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью