Perezdən Arda açıqlaması: "Müzakirə bitdi”.

19.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

“Real”ın prezidenti Florentino Perez türkiyəli futbolçu Arda Gülər haqqında danışıb.

Bakupost.az “Defensa Central”a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri gənc yarımmüdafiəçinin bu qış komandadan ayrılmayacağını bildirib:

“Arda qış transfer pəncərəsində getməyəcək, “Real”da qalacaq. Buna şübhəniz olmasın. Bəziləri onun başqa klublara keçəcəyini deyir, ancaq Madrid ona arxalanmağa davam edəcək. Müzakirə bitdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью