Pəri Miniatür Atəşgahda sənət səltənəti | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə gün öncə Atəşgahda "Pəri Miniatür" rəsm kursu fəaliyyətə başlayıb.
Rəssam Pəri Miniatür açılış günü ilə bağlı fikirlərini xalqcəbhəsi.az ilə bölüşüb: "Kursun açılışının bayram günlərinə düşməsinə baxmayaraq çox dəyərli qonaqlarımız zamanını ayırıb bizim işığımıza yığışmışdı.
Verdikləri bu dəyərə görə gələn hər kəsə çox təşəkkür edirəm. Onu da deyim ki, kurs üçün maraqlanan valideynlər də gəlmişdi.
Məclis başlamadan öncə mən söylədim ki, kim nə istəyirsə çəksin, sonda biz sizi mükafatlandıracağıq.
Onlar da həm mükafata görə, həm də elə öz qabiliyyətlərini göstərmək üçün maraqla çalışdılar. Sonda həmin uşaqlara hədiyyə verdik.
Açılışda musiqili qonağımız Röyal Musa da vardı. Yəni, bir sözlə, açılışa gələn hər kəsin xoşuna gəldi, çox maraqlı oldu".
Bildirək ki, sözügedən kurs həm yeni başlayanlar, həm də sənətdə dərinləşmək istəyənlər üçün açıqdır.
Tam oxu
Xəbəri oxu