Pəri Xudiyeva: Heç vaxt Cəbrayıla dönəcəyimizə ümidimizi itirməmişdik

02.12.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"31 il əvvəl Cəbrayıldan həyat yoldaşımla birgə qaçqın düşmüşdük. Həyat yoldaşım rəhmətə gedib, oğlum, gəlinim və nəvəmlə Cəbrayıla geri qayıdırıq".
Bunu Oxu.Az-a açıqlamasında Cəbrayıl sakini Pəri Xudiyeva deyib.
O bildirib ki, qalan ömrünü Cəbrayılda davam etdirmək niyyətindədir:
"Bu illər ərzində həmişə yurdumuza geri qayıdacağımıza ümid etmişəm. Heç vaxt ümidimizi itirməmişik. Allah bu günü bizə yaşadan prezidentimizdən razı olsun, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Allah bu günü həsrətində olan hər kəsə nəsib etsin".
Xatırladaq ki, bu gün daha 35 ailə Cəbrayıl şəhərinə yola salınır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью