Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
O bildirib ki, bəzi hissələrdə xəstə sayı yataq sayından çox olub, lakin bu, digər perinatal mərkəzlərdə də belə olub.
Mərkəzdə 4 ədəd yanğınsöndürmə balonu olub. Həmin vaxt növbətçi işləyənlərin isə yanğını söndürmək imkanları olub.
Ümumiyyətlə, 6 nəfər öz vəzifə borcunu yerinə yetirməyib: "Mərkəzdə küvezlərin təhlükəsizliyi ilə bağlı proseslərə Təbriz Nəzərli cavabdehlik daşıyıb.
O, baş verən qısaqapanma barədə mənə məlumat verməyib. Ümumilikdə, 6 nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadi
Həmin otaqda elektrik uzadıcılıarından istifadə edilməsindən də məlumatım olmayıb".