Peris Hilton Kaliforniya meşə yanğını qurbanlarına kömək etmək üçün əşyalarını satır | Icm…
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Müğənni Peris Hilton Kaliforniya yanğınlarında zərər çəkənlərə kömək etmək üçün ə
Yeniavaz.com xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb.
Hilton “Vestiaire Collective” platformasında satış üçün qarderobundan əşyalar yerləşdirib.
Əşyaların satışından əldə edilən gəlir, fəlakətlərdə evləri və əmlakı yananlara kömək edən “11:11 Media Impact” qeyri-kommersiya təşkilatına bağışlanacaq.
“Bu kolleksiya çoxlu xatirələr saxlayan şəxsi xəzinələrlə doludur! Çox mənalı şeylərdən ayrılmaq həmişə çətindir.
Amma gəlirin xeyriyyəçiliyə gedəcəyini bilmək arxayınçılıq yaradır”, - Hilton yazıb.
Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları yayılmağa başlayıb.
Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.
Tam oxu
Xəbəri oxu