Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Perm diyarında yerləşən "LUKOYL-Permnefteorgsintez" müəssisəsinin sənaye zonası pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bizim.Media "Exilenova+" teleqram kanalına istinadən xəbər verir ki, zərbə tipli "FP-1" dronları müəssisənin sənaye zonası ərazisinə daxil ola bilib.
Məlumata görə, hücum nəticəsində obyektdə yanğın baş verib. Hadisənin təfərrüatları və dəyən ziyanın həcmi dəqiqləşdirilir.
Bizim.Media