Persepolis də cəzalandırıldı, Traktor da

11.02.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın "Persepolis" klubu ölkə çempionatında Təbrizin "Traktor" komandası ilə oyunda yaşananlara görə cərimələnib.

Fanat.Az yerli mətbauta istinadən xəbər verir ki, buna sözügedən qarşılaşmada irqçi şüarların səsləndirilməsi səbəb olub.

Tehran təmsilçisi 2 milyard tümən (80 min manat) cərimə olunub. "Traktor" isə 1 milyard tümən (40 min manat) ödəməli olacaq.

Bundan əlavə, tərəflər arasında qarşıdakı iki mövsümdə ev və səfər matçları azarkeşsiz keçiriləcək. "Persepolis"in ev matçlarına isə məhdud sayda qadın fanat buraxılacaq.

Qeyd edək ki, yanvarın 26-da baş tutan görüş "Persepolis"in qələbəsi ilə başa çatıb - 2:0. "Traktor" hazırda İran çempionatında 41 xalla liderdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью