Peru Azərbaycanla əməkdaşlıqda böyük potensial görür

14.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Peru Azərbaycanla siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu baxımdan ölkənin Bakıdakı səfirliyinin fəaliyyətinin bərpası ikitərəfli münasibətlərə yeni dinamika verə biləcək mühüm addım kimi qiymətləndirilir.

Perunun “La Razón” nəşrinin yazdığına görə, Limanın Azərbaycanda diplomatik iştirakını gücləndirməsi iki ölkə arasında siyasi təmaslarla yanaşı, ticarət və investisiya əməkdaşlığı üçün də yeni imkanlar aça bilər.

Nəşr Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyinə, regional iqtisadi proseslərdə artan roluna, həmçinin enerji, nəqliyyat və ticarət potensialına xüsusi diqqət çəkir. Bildirilir ki, bu amillər Perunun Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını artırır.

Məqalədə Azərbaycan–Peru münasibətlərinin gələcəkdə ənənəvi diplomatik çərçivədən çıxaraq daha geniş iqtisadi məzmun qazana biləcəyi vurğulanır. Xüsusilə Azərbaycanın Peru iqtisadiyyatına mümkün investisiyaları ikitərəfli əlaqələrin möhkəmlənməsinə təkan verə biləcək istiqamətlərdən biri kimi göstərilir.

Bu baxımdan Peru səfirliyinin Bakıda fəaliyyətini bərpa etməsi siyasi dialoqun intensivləşdirilməsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması, ticarət dövriyyəsinin artırılması və yeni investisiya layihələrinin təşviqi üçün praktik platforma rolunu oynaya bilər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью