Peru hökuməti ölkədə fövqəladə vəziyyət rejimi elan etməyi planlaşdırır

17.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Peruda dövlət başçısının impiçmentindən sonra baş qaldıran hökumət əleyhinə etirazlar səngimək bilmir.

AZƏRTAC xəbər verir ki, BBC teleradio kompaniyasının məlumatına görə, Peru hökuməti ölkədə davam edən gərgin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan etməyi planlaşdırır. Paytaxt Lima şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 32 yaşlı kişi həlak olub, 100-dən çox şəxs xəsarət alıb. Yaralananların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Çərşənbə günü keçirilən nümayişlər əsasən gənc fəallar tərəfindən təşkil edilib. Onlar hökumətdən cinayətkarlıq və korrupsiya ilə mübarizədə daha qətiyyətli addımlar atmağı tələb edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью