Peru Konqresi Anım Günü ilə bağlı bəyanat qəbul edib

27.09.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Peru Respublikasının Konqresi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib.

Azərbaycanın Perudakı səfirliyindən APA-ya verilən xəbərə görə, Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.

Bəyanatda həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən 2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksək səviyyəli görüşə dəstək vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью