Peruda 6 bal gücündə zəlzələ baş verib

17.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Perunun mərkəzi hissəsində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat verib.

Bildirilir ki, episentr təxminən 140 min nəfərin yaşadığı Ayakuço şəhərindən 179 km cənub-şərqdə yerləşib.

Ocaq 92 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью