Peruda 6,7 bal gücündə güclü zəlzələ oldu

21.11.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Perunun mərkəzi hissəsində yerləşən Xunin bölgəsində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Karuamayo yaşayış məntəqəsindən 9 kilometr şimal-şərqdə yerləşib.

Ocağı 108 kilometr dərinlikdə yerləşən zəlzələ Xunin bölgəsinə bitişik olan paytaxt Lima və ətraf ərazilərdə də aydın hiss edilib.

Perunun Milli Mülki Müdafiə İnstitutundan verilən ilkin açıqlamaya əsasən, yeraltı təkanlar nəticəsində hələlik insan itkisi və ya ciddi dağıntı qeydə alınmayıb. Aidiyyəti qurumlar bölgədə monitorinqləri davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью