Peruda avtobus aşıb: Ölənlər və yaralananlar var

12.07.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Perunun şimalındakı Lima bölgəsində, Paramonqada əyalətlərarası avtobusun aşması nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Məlumata görə, avtobus Karazdan Limaya gedirmiş. Pativilca-Huaraz avtomobil yolunun 19-cu kilometrliyində, Olla Çika və Olla Qrande rayonları arasında aşıb.

Yaralılar Pativilka və Barranka xəstəxanalarına aparılıb, bəzilərinin vəziyyəti ağırdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью