Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub

26.07.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində ən azı beş nəfər həlak olub, 16 nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, qəza Çili ilə sərhəd yaxınlığında, Takna şəhərindəki Cənubi Panamerika şossesində baş verib.

İlkin ehtimala görə, avtobuslardan biri qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd edib və digər sərnişin nəqliyyatı vasitəsi ilə toqquşub.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti sabitdir, bir nəfərdə ağır sınıqlar var.

Aidiyyəti qurumlar baş verən hadisənin bütün hallarını müəyyənləşdirir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью