Peruda avtomobilin üzərinə qaya parçası düşdü: Ölənlər var

05.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Perunun paytaxtı Limada magistral yolun yaxınlığındakı dağdan qaya parçası qoparaq dayanmış yük maşınının üzərinə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə İHA məlumat verib.

Zərərçəkənlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün işə başlayan polis əməkdaşları çin dilində yazılmış şəxsiyyət vəsiqəsi tapdıqlarını bildiriblər.

Görüntülərdə insanların oturduğu avtomobilin üzərinə dağdan düşən qaya parçası görünür. Səlahiyyətlilər əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlardan və bölgəyə gələn qonaqlardan ehtiyatlı olmağı xahiş ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью