Peruda güclü zəlzələ

20.05.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Perunun cənubunda 6,1 bal gücündə güclü zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Seysmoloji Mərkəz məlumat yayıb.

Zəlzələnin episentri İka şəhərindən 41 km cənubda, 81 km dərinlikdə yerləşib. Yeraltı titrəyişlər dağıntılara səbəb olub. Bir neçə ev və Peru Texnologiya Universitetinin binası zədələnib.

Müdafiə naziri Amadeo Floresin bildirdiyinə görə, 27 nəfər xəsarət alıb.

Qeyd edək ki, zəlzələ Sen-Benitoda yerləşən qədim Saxara qəbirstanının divarlarını da dağıdıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью