Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub

23.02.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Perunun cənubunda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.

Hadisə yerinə gələn xilasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью