Peruda Hitler Mussolini mer olacaq

09.10.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Peruda Hitler Mussolini Flores adlı namizəd Keropalka adlı kiçik şəhərin mer seçkilərində səslərin 34,54%-ni qazanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, siyasətçi 20-ci əsrin iki diktatorunun adını daşıyır.

Hitler Mussolini Flores korrupsiyaya qarşı mübarizəni və səhiyyə xidmətlərinə universal çıxışı təşviq edən solçu "Ahora Nación" partiyasından namizədliyini irəli sürüb. Medianın məlumatına görə, o, qeyri-adi adını doğulduğu zaman valideynlərindən alıb.

Oxşar hallar Peruda əvvəllər də baş verib. 2018-ci ildə Hitler Alba adlı namizəd kiçik Yunqar şəhərinin mer seçkilərində qalib gəlib. Kampaniya zamanı o, "Mən yaxşı Hitlerəm" şüarından istifadə edib.

O dövrdə onun rəqibləri arasında Lennin adlı namizəd də var idi. Alba özü izah edib ki, valideynləri ona Hitler adını nasist diktatorunun tarixindən xəbərsiz olduqları üçün veriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью