Peruda polis helikopteri qəzaya uğradı: 11 yaralı Xəbər saytı Son xəbərlər və Hadisələr

17.01.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Perunun şimalındakı Amazonas bölgəsində polis helikopteri eniş zamanı qəzaya uğrayıb və nəticədə 11 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, yaralananlardan səkkizi polis təyyarəsi ilə xəstəxanaya çatdırılıb, qalan üç nəfər isə Peru ordusunun təyyarəsi ilə təxliyə edilib.

Peru Polis İdarəsi bildirib ki, qəza qanunsuz faydalı qazıntıların hasilatına qarşı əməliyyat zamanı baş verib. Rəsmi şəxslərin sözlərinə görə, pilotların peşəkarlığı sərnişinlərin və ekipaj üzvlərinin ciddi xəsarətlər almasının qarşısını alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью