Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Peruda Lima hava limanından qaçaqmalçılıq yolu ilə yüzlərlə quşyeyən hörümçəyi keçirməyə cəhd edən şəxs saxlanılıb.
Polisin məlumatına görə, qaçaqmalçı hörümçəkləri Cənubi Koreyaya göndərmək niyyətində olub.
AZƏRTAC xəbər verir ki, son illərdə quşyeyən hörümçəyin qeyri-qanuni ticarəti xeyli artıb, onun ölü nümunələri alıcılar arasında xüsusilə populyardır.
Aydaho Universitetinin tədqiqatçısı Kris Hemiltonun sözlərinə görə, bu böyük hörümçəklərə maraq 2000-ci illərin əvvəllərindən nəzərəçarpacaq dərəcədə artıb və hazırda kolleksiyalarında 100-dən çox müxtəlif növ həşərat olan çoxlu kolleksiyaçılar var.
O, quşyeyən hörümçəyin son dərəcə həssas olduğunu və insanlarla qarşılıqlı əlaqədə asanlıqla zərər verə biləcəyini iddia edir.
Honkonq Universitetinin tədqiqatçısı Alisa Hyusun sözlərinə görə, hörümçək toplamaq hobbisini Pokemon kartlarının toplanması ilə müqayisə etmək olar.
Kolleksiyaçılar burada hər növ müxtəlif rəng və formada həşərat əldə etmək istəyirlər.