Perunun cənubunda güclü zəlzələ olub

20.08.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Perunun cənubunda 7,2 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Perunun Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Parinakocas əyalətinin paytaxtı Korakora şəhərindən 35 kilometr şimalda yerləşib. Zəlzələnin ocağı 108 kilometr dərinlikdə olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью