Perunun paytaxtında Azərbaycanın Zəfər Günü təntənəsi Foto

08.11.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycan səfirliyinin təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Perunun paytaxtı Lima şəhərinin ən populyar "Circuito Mágico Del Agua" mərkəzi parkının musiqili fəvvarələri xüsusi lazer işıqlandırma texnologiyası ilə Zəfər Gününə həsr olunmuş videoproyeksiya nümayiş olunub, park Azərbaycanın bayrağının rənglərinə bürünüb.

News24.az bildirir ki, Teleqraf.com-a səfirlikdən verilən məlumata görə, parkı ziyarət edən minlərlə şəhər sakininə Azərbaycanın Zəfər Günü, işğaldan azad edilmiş torpaqlarında aparılan genişmiqyaslı bərpa işləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə videoçarxlar nümayiş etdirilib. Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.

Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью