Pərvanə Bayramqızının kitabı İranda çap olunub

19.01.2025

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yazıçı-publisist Pərvanə Bayramqızının "Asan çətinliklər" adlı kitabı İranın Miandoab şəhərində "Tərz" nəşriyyatında çap olunub.

Mətnləri əski əlifbaya çevirən Əli Aslani kitabın min tirajla nəşr edildiyini bildirib. Naşir təqdimat mərasiminin  Cənubi Azərbaycanın Təbriz şəhərində keçiriləcəyi məlumatını da çatdırıb. 

“Asan çətinliklər” yazıçının sayca beşinci kitabıdır. P.Bayramqızı bundan başqa  “Qəlbimin istəkləri”, “Yaza bilməyən yazıçı”,

“Karantin zədəsi”, “Bir də gördüm...”, “Siz harada yaşayırsınız?” sərlövhəli kitabların müəllifidir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью