Pərvin Abıyevaya qarşı dələduzluq

10.12.2024

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dələduzlar bu dəfə aktrisa Pərvin Abıyevanı hədəf alıblar.

Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək onun adından pul yığıldığını bildirib:

"Votsapda şəklimlə birgə saxta hesab üzərindən tanınmışlardan mənim adımdan pul istənilir. Diqqətli olun! Heç kim mənim olduğumu düşünüb pul atmasın".

Qeyd edək ki, ötən gün də dələduzlar rəqqasə Rəna Ağamuradovanın (Renka) adından istifadə edərək votsapda pul istəyirdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью