Pərvin Əkbərov işdən çıxarıldığını təsdiqlədi

22.04.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Pərvin Əkbərov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) icraçı direktorunun müşaviri vəzifəsindən azad olunduğunu təsdiqləyib. 

O, Qaynarinfo-ya açıqlamasında müşavir vəzifəsindən çıxdığını və hazırda Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri kimi işini davam etdirdiyini bildirib. 

Qeyd edək ki, Pərvin Əkbərov 2023-cü ilin yanvar ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə müşavir təyin olunmuşdu. 

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью