Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
"Yeni Robotik Reabilitasiya Mərkəzi həmçinin regionda təlim, tədqiqat və klinik innovasiyalar üzrə referans mərkəzinə çevrilməyi hədəfləyir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov “Yeni Klinika”da jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Yeni Robotik Reabilitasiya Mərkəzində həm ambulator, həm də stasionar müalicə xidmətləri mövcuddur:
“Postinsult, kəllə-beyin travmaları və pediatrik reabilitasiya sahəsində yeni yanaşmaların tətbiqi də vacib istiqamətlərdən biri olacaq. Yeni Robotik Reabilitasiya Mərkəzi yüksək səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib.
Bunlara robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, Balans və koordinasiya ölçmə cihazları, süni intellekt əsaslı diaqnostika və qiymətləndirmə sistemləri daxildir.
Bundan əlavə, mərkəz beynəlxalq təlimlər, sertifikat proqramları və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin