Pərvin Kazımova vəzifə verildi Yeni Gündəm

07.12.2024

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyinatı olub.

Bu barədə “Yeni Gundem”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib.

P.Kazımov bu təyinatadək nazirliyin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью