Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur bəstəkar-müğənni Pərviz Mahmudov fevralın 10-da Heydər Əliyev Sarayında böyük hesabat-müəllif konserti keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, sənətçinin 22 illik yaradıcılıq fəaliyyətinə həsr olunan konsert proqramı xüsusi hazırlıqla ərsəyə gəlir. Gecədə Pərviz Mahmudovun müxtəlif illərdə bəstələdiyi və tamaşaçıların sevgisini qazanan müəllif mahnıları Azərbaycanın tanınmış və sevilən sənətçilərinin ifasında təqdim olunacaq.
Konsertdə həmçinin sənətçinin yaradıcılıq yolunun müxtəlif mərhələlərini əks etdirən musiqi nömrələrinin səsləndirilməsi, səhnə təqdimatları və xüsusi layihələrin nümayişi nəzərdə tutulur. Gecənin əsas özəlliklərindən biri də Pərviz Mahmudovun bəstəkar kimi ərsəyə gətirdiyi əsərlərin fərqli ifaçıların təqdimatında tamaşaçılara çatdırılması olacaq.
Pərviz Mahmudov bildirib ki, bu konsert onun uzun illərdir gerçəkləşdirmək istədiyi arzularından biridir:
“İncəsənətə ilk addım atdığım gündən belə bir konsert keçirmək arzusunda olmuşam. 22 il ərzində çoxsaylı mahnılar yazmışam, müxtəlif sənətçilərlə əməkdaşlıq etmişəm və bu əsərlərin hər birinin mənim üçün xüsusi yeri var. Artıq həmin arzunu gerçəkləşdirməyin vaxtının çatdığını düşünürəm”.