Pərviz Şahbazov GEİDCOnun sədri ilə görüşüb

14.11.2024

Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Görüşdə Azərbaycanda “təmiz enerji”nin inkişafı, “yaşıl enerji dəhlizi”lərinin həyata keçirilməsi, həmçinin bərpa olunan enerji sahəsində birgə tədqiqat və inkişaf istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью