Pərviz Şahbazov Oğuzda vətəndaşları qəbul edəcək

27.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Energetika naziri Pərviz Şahbazov dekabrın 4-də Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən olan vətəndaşları qəbul edəcək.
Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında (ünvan: AZ4800, Oğuz şəhəri, S.Seyidbəyov küçəsi, 20) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1146, 1145, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: İlknur Əhmədov), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью