Pərviz Şahbazov: OPEC+ la bağlı tədbirin Bakıda keçirilməsi təsadüfi seçim deyil

15.07.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.

Onun sözlərinə görə, bu qərar Azərbaycanın həm qlobal enerji sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir: "Texniki Komitənin ilk iclasının məhz Bakıda keçirilməsi Azərbaycanın dünya enerji sənayesinin tarixində və müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək dəyərin ifadəsidir. Azərbaycanın "OPEC+" təşəbbüsündə uzun illərdir ki, fəal iştirakı ölkə ilə təşkilat arasında əməkdaşlığın uğurla inkişaf etdiyini göstərir".

Nazir həmçinin xatırladıb ki, OPEC-in Vyanadakı mənzil-qərargahında 1846-cı ildə Bibiheybətdə qazılmış dünyanın ilk sənaye üsullu neft quyusunun təsviri nümayiş etdirilir ki, bu da Azərbaycanın qlobal neft tarixindəki xüsusi yerinin təsdiqidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью