Pərviz Şahbazov Pakistanın neft və su resursları naziri ilə görüşüb

13.11.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

"Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə neft məhsullarının ticarəti, neft - qaz infrastrukturu üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanlarını müzakirə etdik. Pakistanı COP29-un enerji təşəbbüslərinə qoşulmağa dəvət etdik", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью