Pərviz Şahbazov vətəndaşları qəbul edib FOTOLAR

15.10.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazov Sumqayıt şəhəri, Cəlilabad və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda qaz təchizatı, qaz sayğacının quraşdırılması, elektrik enerjisi təchizatı, transformatorun yenilənməsi və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью