Pərvizin məhkəməsi davam edir: Danışmağa utanıram

08.04.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, müğənni-bəstəkar Pərviz Mahmudov həmkarı Günay İbrahimli üçün bəstələdiyi "Dəlisiyəm gecənin" mahnısının reklamda ondan icazəsiz istifadə edildiyi üçün məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, o, məhkəmə prosesinin hazırda davam etdiyini bildirib. Bu barədə Pərviz "Xəzər axşamı" verilişində danışıb:

"Bu məsələ hələ də davam edir. Bəzi şeylər ortaya çıxdı. Sadəcə bunlar haqda danışmaq istəmirəm. Bunu danışmağa öz adıma utanıram. Çünki elə məsələlər ortaya çıxdı ki, mən hələ də təəccüb içindəyəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью