Peşə məktəbində tələbələr ZƏHƏRLƏNDİ

24.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, rayonda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Peşə Təhsili Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı onlara məlumat daxil olub. Hazırda məsələ araşdırılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью