Peşə məktəblərinə qəbulun vaxtı açıqlanıb

16.07.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyib.
O bildirib ki, peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir.

Agentlik sədri vurğulayıb ki, peşə təhsili artıq bir çox gəncin ilk seçimidir və maraq ildən-ilə artır.

C.Kərəmovun sözlərinə görə, peşə təhsilində mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçid edilir. Burada ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir. Xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyatına sərfiyyat və s. nəzərə alınır: “Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью