Icma.az bildirir, Azertag portalına istinadən.
Qəbələ, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Peşə Təhsili İnkişaf Fondu ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində tərəfdaş şirkətlərlə yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş görüş-infotur keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib. Bildirilib ki, görüş zamanı peşə təhsilinin inkişafı, real istehsalat mühiti ilə əlaqələrin gücləndirilməsi, tələbələrin praktiki bacarıqlarının artırılması, eləcə də gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təmin olunmasına və dayanıqlı əməkdaşlığın qurulmasına mühüm töhfə verdiyi qeyd edilib.